Azərbaycanda dövlət qulluqçusu kimi 13 min nəfər pensiya alır

Azərbaycanda dövlət qulluqçusu kimi 13 min nəfər pensiya alır
# 23 iyun 2014 13:09 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Cari ilin aprel ayının 1-nə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 12 892 nəfər təşkil edir.

Dövlət Sosial Müdafiə Fondundan “APA-Economics”ə verilən məlumata görə, onlardan 61,6% yaşa görə, 26,2% əlilliyə görə, 12,2% isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.

Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 460,3 manatdır.

Cari ilin aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 128 1706 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR