Dağıstanda baş vermiş atışmada silahlı öldürülüb

Dağıstanda baş vermiş atışmada  silahlı öldürülüb
# 26 dekabr 2013 20:54 (UTC +04:00)

Bakı-APA. Dağıstanda baş vermiş atışma zamanı silahlı öldürülüb. APA-nın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsindən bildirilib.

“Dağıstanın Süleyman-Stal rayonunun Gereyxanov sovxozu ərazisində silahlı müqavimət göstərmiş silahlı öldürülüb. Onun şəxsiyyəti müəyyənləşdirilib. Onun 1986-cı il təvəllüdlü Madrid Babaxanov olduğu müəyyənləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yaralanan yoxdur”, deyə idarədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR