Yevlax-Bərdə yolunda iki yük maşını toqquşub, xəsarət alan var

Yevlax-Bərdə yolunda iki yük maşını toqquşub, xəsarət alan var
# 29 may 2014 10:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda iki yük maşını toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb. “Shacman” və “Isuzi” markalı iki yük avtomobili toqquşması nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, “Shacman” markalı avtomobildə olan 1 nəfər sərnişin deformasiyaya uğramış avtomobilin içində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişini çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR