Batumidə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Batumidə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 27 fevral 2014 03:26 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, anım mərasimində Acarıstan Muxtar Respublikasının hökumət aparatının, nazirliklərinin və qurumlarının məsul işçiləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV nümayəndələri, Kulevi terminalının və Gürcüstanda fəaliyyət göstərən SOCAR şirkətinin əməkdaşları, Acarıstan MR-də fəaliyyət göstərən icmaların rəhbərləri, Acarıstanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Baş konsul Hüseyn Nəcəfov qeyd etmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü vəhşicəsinə öldürülüb. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Həmçinin səfir Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra aldığını və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlərin görülməyə başlandığını bildirib. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edib.

Baş Konsul bildirib ki, 2008-ci ilin may ayının 8-dən etibarən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq təşviqat kampaniyasına start verilib. Ötən müddət ərzində “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkəsində müxtəlif tədbirlər həyata keçirilib.

Tədbirdə M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin prezidenti Vidadi Axundov, Acarıstan Muxtar Respublikasının Ticarət Palatası nəzdində Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru Rostom Quntaişvili, “Changes for Equal Rights” Qeyri Hökumət Təşkilatının nümayəndəsi Nino Çkaidze çıxış ediblər. Çıxışlarda baş vermiş faciəyə hüquqi qiymət verilib, faciə soyqırım kimi xarakterizə edilib.

Anım mərasimində Heydər Əliyev Fondun dəstəyi ilə lentə alınmış “Xocalı soyqırımı” və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Dua” adlı sənədli filmlər nümayiş olunub. Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər, “Xocalıya ədalət” musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.

Mərasim və Baş Konsulun müsahibəsi “Acariya TV” və “TV 25” kanalları tərəfindən işıqlandırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR