Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb - VİDEO

Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb - <span style="color: red;">VİDEO
# 02 iyun 2014 09:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu dəfə ana və uşaq ölümü faktı Suraxanı rayon 3 saylı Doğum evində baş verib.

3 saylı Doğum Evinin şöbə müdiri Nazilə Abdullayeva APA-ya açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün qeydə alınıb: “33 yaşlı Vəliyeva Aynurə adlı ananın ikinci hamiləliyi olub. Ana və körpə emboliya səbəbindən dünyasını dəyişib. Hazırda məsələ Doğum evində araşdırılır, bütün məlumatlar toplandıqdan sonra Səhiyyə Nazirliyinə təqdim ediləcək”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya bildirib ki, hazırda faktla bağlı sənədləri toplanılır. Onun sözlərinə görə, hadisəyə ilkin olaraq emboliyanın səbəb olması göstərilir: “Amma bütün dəqiq nəticələr məsələ Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırıldıqdan sonra məlum olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR