Fikrət Məmmədov beynəlxalq təşkilatın əməkdaşları ilə görüşüb

Fikrət Məmmədov beynəlxalq təşkilatın əməkdaşları ilə görüşüb
# 26 iyun 2014 12:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramının yeni rəhbəri Tomas Meyer və GİZ-in uzun müddət Azərbaycanla bağlı layihələrini həyata keçirən professor Rolf Knipper ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, GİZ ilə hüquqi sahədə səmərəli əməkdaşlığı qeyd edən nazir son illər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən inzibati məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən seçimi, infrastrukturun müasirləşdirilməsi və İKT-lərin tətbiqi barədə məlumat verib.


Qonaqlar Azərbaycanda məhkəmə-hüquq islahatlarının kompleks şəkildə həyata keçirilməsini təqdir edərək bu sahədə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını söyləyiblər.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb, qanunvericiliyin təkmilləşdirilməsi, elektron məhkəmə, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, notariat institutunun inkişafı və digər maraq kəsb edən məsələlər müzakirə olunub.


Tədbirdə Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR