Suriyada Bakı və Sumqayıtdan olan Azərbaycan vətəndaşlarının öldürüldüyü barədə xəbər və fotolar yayılıb - VİDEO

Suriyada Bakı və Sumqayıtdan olan Azərbaycan vətəndaşlarının öldürüldüyü barədə xəbər və fotolar yayılıb - <span style="color: red;">VİDEO
# 01 aprel 2014 10:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, ölənlər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “Həsən Azəri” və “Abdul Mətin” ləqəbli Azərbaycan vətəndaşlarıdır.

Mücahidlər hər iki şəxsin fotosunu da yayıblar.

Məlumatda “Abdul Mətin” ləqəbli döyüşçünün Elşad adlı Sumqayıt şəhər sakini olduğu qeyd olunub.

“Həsən Azəri”nin isə kimliyi açıqlanmasa da, onun Bakı şəhər sakini olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR