Qobustanda ərzaq mağazası yanıb

Qobustanda ərzaq mağazası yanıb
# 28 fevral 2014 00:46 (UTC +04:00)

Bakı-APA. Qobustanda bu gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Cəmcəmilli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə, mağazanın yanar konstruksiyaları yanıb. Mağazaya bitişik kitabxana və mədəniyyət evi yanğından mühafizə olunub. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR