Ermənistan erməni miqrantlar üçün Rusiyadan xüsusi status istəyib

Ermənistan erməni miqrantlar üçün Rusiyadan xüsusi status istəyib
# 10 fevral 2014 10:23 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Ermənistan Rusiyadan miqrasiya qanunvericiliyinə dəyişikliklərin edilməsini xahiş edib.

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan rusiyalı həmkarı Nikolay Patruşevə yazdığı məktubda Ermənistan vətəndaşları üçün güzəştlərin edilməsini istəyib.

“Ermənistanla Rusiya strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlarla münasibətdə Rusiya liberal yanaşma sərgiləyə bilər. Məsələn, Avropa İttifaqı daxilindəki kimi”, - deyə A.Baqdasaryan məktubunda vurğulayıb.

A.Baqdasaryan Ermənistanın tezliklə Gömrük İttifaqına üzv olacağını əsas gətirərək Moskvadan Rusiyaya gedən ermənilərə xüsusi statusun verilməsini xahiş edib.

Xatırladaq ki, 2014-cü ilin yanvarın 1-dən Rusiyaya işləmək üçün gedən xarici vətəndaşlar üçün ölkə ərazisində qalma müddəti 90 gün müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR