Gəncədə AMEA-nın texnoparkı yaradılacaq - VİDEO

Gəncədə AMEA-nın texnoparkı yaradılacaq - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 13:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Gəncədə keçirilən səyyar iclasında şəhərdə texnoparkın yaradılması nəzərdə tutulub.

APA-nın qərb bürosunun məlumatına görə, bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin Gəncədə keçirilən səyyar iclasında bildirib.

Onun sözlərinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bu barədə müzakirənin müsbət nəticələnməsi texnoparkın yaradılması məsələsini ön olana çəkib. Yeni yaradılacaq texnoparkda qeyri-filiz və aqrar sahələr olmaqla müxtəlif sahələrin sınaq strukturları yaradılacaq və bu strukturlar vasitəsilə istehsalata çıxmaq bir qədər də yüngülləşəcək.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev texnopark üçün torpaq sahəsinin ayrılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR