Bakıda boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb

Bakıda boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb
# 09 mart 2014 12:41 (UTC +04:00)

Bakı – APA. Martın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda avtomobil yoluna yanacaq məhsulunun axması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğınsöndürənlər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, yaxınlıqdan keçən boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb.

Yanğınsöndürənlər yola dağılmış kerosini yuyublar. Borunun zədələnmiş hissəsinin mütəxəssislər tərəfindən bağlanılması istiqamətində işlər aparılır.

Yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR