Bunu APA-ya açıqlamasında iyunun 7-də Binəqədi rayonu ərazisindəki Məlikov adına 6 saylı Şəhər Klinik Xəstəxanasında baş verən ana ölümünə münasibət bildirən Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
O qeyd edib ki, Günay Əliyevanın ölüm səbəbini tam bilmək üçün ekspertizanın rəyini gözləmək lazımdır: “Hazırda ekspertiza gedir. Ekspertizanın nəticələrindən sonra səbəb məlum olacaq”.
Qeyd edək ki, Günay Əliyevanın 27 yaşı olub. Doğuş zamanı G.Əliyeva ölsə də, uşaq sağdır.