Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qaxda regional qəbul keçirib - FOTO - VİDEO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qaxda regional qəbul keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 fevral 2014 11:03 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qax, Zaqatala, Şəki, Balakən və Oğuz rayonlarının sakinləri ilə Qax şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasının iclas zalında qəbul keçirib, vətəndaşların şikayət və təkliflərini dinləyib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bəzilərinin həyətyanı sahələrinin meşə fondu və qış otlağı ərazilərinə düşmələri, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər ediblər.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 50-yə qədər vətəndaşın müraciətinə baxılıb. Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerquruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və Komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb. Bu barədə həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədilə Komitənin aidiyyəti rayon və şəhər şöbələrinin müdirlərinə də rəsmi qaydada tapşırıqlar verilib.

Qeyd edək ki, KİV-də əvvəlcədən qəbulla bağlı elan verilib və Komitənin region üzrə bütün strukturlarının və şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR