Azərbaycanın Ukraynadakı səfirliyi Rusiya ilə həmsərhəd vilayətlərdə yaşayan azərbaycanlılara müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi Rusiya ilə həmsərhəd vilayətlərdə yaşayan azərbaycanlılara müraciət edib
# 11 mart 2014 10:43 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hazırda ölkənin Rusiya ilə sərhəd vilayətlərində yaşayan azərbaycanlılarla qəbul keçirilir, söhbətlər aparılır.

Onun sözlərinə görə, soydaşlarımıza daha çox xəbərdarlıq olunur ki, bu vilayətlərdə baş verəcək istənilən təxribatdan, iğtişaşdan və qarşıdurmadan uzaq dursunlar: “Orada yaşayan azərbaycanlıların çoxu yerli vətəndaşlardır. Buna görə də onların siyasi baxışına, seçiminə biz təsir edə bilmərik. Biz sadəcə, onlara bu məsələdə təxribata getməməklə bağlı xəbərdarlıq etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR