Bakı Banklararası Valyuta Birjası İcbari Sığorta Bürosu ilə müqavilə bağlayıb

Bakı Banklararası Valyuta Birjası İcbari Sığorta Bürosu ilə müqavilə bağlayıb
# 25 iyun 2014 09:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bakı Banklararası Valyuta Birjası (BBVB) və İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı Birja Elektron Ticarət Sisteminin (BEST) “Money-Market” pul bazarında iştirakı haqqında müqavilə bağlayıb.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, müqaviləni BBVB-nin müdiri Fərhad Əmirbəyov və İSB-nin İcraçi direktoru Elxan Quluyev imzalayıb.

Müqaviləyə əsasən, İSB banklarla eynihüquqlu bir iştirakçı qismində bankların topdan satış pul bazarına çıxmaq imkanını əldə edəcək. BBVB isə öz növbəsində, yeni iştirakçıya BEST ticarət sisteminə daxil olmaq hüququnu, həmçinin hesablaşma və informasiya xidmətlərini təqdim edəcək.

Pul bazarı seqmentində aparılan əməliyyat və hesablaşmalar “BEST-də pul vəsaitlərinin cəlbedilmə və yerləşdirilməsi üzrə əməliyyatların müvəqqəti keçirilmə qaydaları”, “BEST” sistemində hərracların təşkili və hesablaşmaların aparılma reqlamenti”, “BBVB-nin ticarət sessiyası çərçivəsində mütəşəkkil pul bazarının kredit bölməsində bağlanmış kredit və depozit əqdləri üzrə hesablaşmaların müvəqqəti aparılma qaydaları”, eləcədə “Money-Market” maliyyə alətlərinin spesifikasiyası”na müvafiq olaraq həyata keçirilir.

Qeyd edək ki, İSB “Atəşgah Sığorta”, “Buta Sığorta”, “Ata Sığorta”, “AzRe” və “Azsığorta” şirkətlərindən sonra BEST “Money-Market” pul bazarında iştirakı haqqında müqavilə bağlayan altıncı hüquqi şəxs olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR