İstintaq təcridxanasında hava borusunda mobil telefonlar aşkar edilib

İstintaq təcridxanasında hava borusunda mobil telefonlar aşkar edilib
# 26 noyabr 2013 14:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 221.2.1 və 286.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədhüseyn Mahmud oğlu Qurbanovun kamerasına baxış keçirilərkən kameranın hava borusunda gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Keçirilən digər bir əməliyyat - axtarış tədbirləri nəticəsində isə Bakı İstintaq təcridxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 29, 317-1.1 maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elvin Zakir oğlu Tahirovun kamerasına baxış keçirilərkən kameranın sanitar qovşağının hava borusunda gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən isə müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsinin qarşısı alınıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.4 maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elbrus Həsən oğlu Qasımovun yanına qısa müddətli görüşə gəlmiş anası Brilyant Musa qızı Qasımovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən əl çantasının içərisindən 1 ədəd “Samsung SGH – X160” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR