Azərbaycan 15 ölkə QHT-ləri üçün müsabiqə elan edib

Azərbaycan 15 ölkə QHT-ləri üçün müsabiqə elan edib
# 13 mart 2014 13:32 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 15 ölkənin QHT-ləri üçün yeni qrant müsabiqəsi elan edib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ, Böyük Britaniya, Belçika, Avstriya, Fransa, Almaniya, Polşa, İsveçrə, Niderland, Kanada, Yaponiya, Estoniya, İtaliya, İspaniya və Norveç QHT-ləri müsabiqəyə 5 mövzu üzrə tam layihə təklifləri təqdim etməyə dəvət edilib.

Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, Azərbaycanda səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Azərbaycan və I Avropa Oyunları (Bakı, 2015) mövzularında təqdim edilən layihələrə maksimum 100 min dollar, Azərbaycanla bağlı tədqiqat işi müsabiqəsinin təşkili ilə bağlı təqdim edilən layihələrə maksimum 30 min dollar, Azərbaycan haqqında informasiya portalının yaradılması ilə bağlı təqdim edilən layihələrə maksimum 50 min dollar ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR