Bakıda kommunal tipli birotaqlı mənzildə yanğın olub

Bakıda kommunal tipli birotaqlı mənzildə yanğın olub
# 11 fevral 2014 19:08 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 31 kv.m olan birotaqlı mənzildə baş verib. Nəticədə, mənzilin hamamının dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR