Azərbaycanda insan alverinə görə 2 nəfər saxlanılıb

Azərbaycanda insan alverinə görə 2 nəfər saxlanılıb
# 12 fevral 2014 10:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda qadınları fahişəliyə cəlb edən 2 nəfər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakini Kəmalə Əziz qızı saxlanılıb.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakini Sevinc Hüseynova tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR