Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib
# 11 fevral 2014 13:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir.

Qaydalara əsasən, test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü ilin fevral ayının 15-dən etibarən qəbul olunur.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR