BAXCP-nin Goranboy rayon təşkilatı “EL” Hərəkatına qoşulması ilə bağlı məlumatı təkzib edib - FOTO

BAXCP-nin Goranboy rayon təşkilatı “EL” Hərəkatına qoşulması ilə bağlı məlumatı təkzib edib - <span style="color: red;">FOTO
# 18 mart 2013 10:03 (UTC +04:00)

Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Goranboy rayon təşkilatı Milli Qəhrəman Maşallah Abdullayevin mətbuata verdiyi açıqlamalarla bağlı bəyanat yayıb.

Partiyadan APA-ya verilən məlumata görə, bəyanatda deyilir: “BAXCP Goranboy rayon təşkilatının sabiq sədri, Milli Qəhrəman Maşallah Abdullayevin BAXCP-nin Goranboy rayon təşkilatının bütövlükdə «EL» Hərəkatına qoşulması ilə bağlı mətbuata verdiyi açıqlamalar həqiqətə uyğun deyil. Bəyan edirik ki, Maşallah Abdullayev partiya sıralarını tərk etməsi, «EL» Hərəkatına qoşulması, eləcə də atdığı addımların səbəbləri ilə bağlı BAXCP Goranboy rayon təşkilatının səlahiyyətli şəxsləri ilə və seçkili orqanlarında heç bir müzakirə aparmayıb. Onun bu addımları haqqında mətbuatdan məlumat almışıq. Bəyan edirik ki, BAXCP Goranboy rayon təşkilatının müvafiq strukturları partiyanın Nizamnaməsinə uyğun şəkildə fəaliyyətini davam etdirir və bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hazırlaşır”.

Bəyanatı BAXCP Goranboy rayon təşkilatı Məclisinin sədri Nəsib Yusif oğlu Mehdiyev və Goranboy rayon təşkilatından BAXCP Ali Məclisinin üzvü İlham Bədəl oğlu Bədəlov imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR