DİN-in Çevik Polis Alayında 31 mart soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib

DİN-in Çevik Polis Alayında 31 mart soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib
# 30 mart 2013 12:35 (UTC +04:00)

Bakı-APA. Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev erməni millətçilərinin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulduğunu, soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib. İdarə rəisi məhz Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, 1998-ci ilin martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb.

Rahib Qarayevin təklifi ilə mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov faktlara, arxiv mənbələrinə əsaslanaraq, böyük imperialist güclərin, dairələrin himayədarlığı ilə erməni millətçiləri və silahlı birləşmələri tərəfindən nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, amansız və vəhşi metodlarla məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı məruzə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR