Azərbaycanda gənc alimlər üçün yeni müsabiqə keçiriləcək

Azərbaycanda gənc alimlər üçün yeni müsabiqə keçiriləcək
# 01 aprel 2013 11:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Təhsil Nazirliyi Azərbaycanda gənc alimlər üçün yeni müsabiqə keçirəcək. Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova APA-ya açıqlamasında bildirib ki, “İlin gənc alimi” adlı müsabiqə ölkədə ilk dəfə olaraq təşkil olunacaq. Onun sözlərinə görə, müsabiqənin ötən il keçirilməsi nəzərdə tutulsa da, müəyyən səbəblərdən mümkün olmayıb. G. Hüseynova qeyd edib ki, hazırda müsabiqənin keçirilmə qaydaları və digər məsələlər müzakirə olunaraq təhsil nazirinə təqdim olunub: “Yaxın zamanlarda bununla bağlı nazirin müvafiq əmri gözlənilir. Gənc alimlər üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gənclərini elmə yönləndirmək və onların fəaliyyətini daha da stimullaşdırmaqdan ibarətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR