Azərbaycan Dövlət İqtisad Universitetinin 5 minə yaxın tələbəsi 2 aydır təqaüd almır

Azərbaycan Dövlət İqtisad Universitetinin 5 minə yaxın tələbəsi 2 aydır təqaüd almır
# 29 mart 2013 14:43 (UTC +04:00)

ADİU-nin mühasibi Sahibə Mirzəyeva APA-ya açıqlamasında bu faktı təsdiqləyib. O bildirib ki, buna səbəb semestrin sonunda imtahan nəticələri ilə bağlı əmrin gec verilməsi olub: “Yanvarın sonunda ali məktəblərdə sessiyalar bitir. Bundan sonra tələbələrin təqdimatı hazırlanır və kimlərin təqaüd alacağı ilə bağlı əmrlər göndərilir. Bu il də əmrlər müvafiq şöbəyə martın 15-də gəlib. Bundan sonra bayramlar olduğundan təqaüdlərin verilməsi gecikib. Əmrin gec gəlməsi ilə bağlı vəziyyət hər il olur. Belə ki, I semestrdə dərslər bitəndən sonra əldə olunan nəticələrə əsasən, növbəti semestrdə kimlərin təqaüd alacağı bilinir”.

Mühasib qeyd edib ki, artıq bütün sənədlər hazırlanaraq müvafiq banka göndərilib. Onun sözlərinə görə, tələbələr ən gec aprelin 5-dək təqaüdlərini alacaqlar. S. Mirzəyeva qeyd edib ki, bu gün Azərbaycan Dövlət iqtisad Universitetində 5 minə yaxın tələbə təqaüd alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR