Ağcabədidə baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Ağcabədidə baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 06 mart 2013 10:40 (UTC +04:00)

Bakı. Nizam Rza – APA. Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 5-də, saat 17.00 radələrində rayonun Qaravəlli kəndi ərazisində kənd sakinləri Baba Alıyevin idarə etdiyi "Mercedes C-240" markalı və Etibar Abbasovun idarə etdiyi "Mercedes-190" markalı avtomaşınlar toqquşub. Nəticədə E.Abbasovun sərnişinlərindən həmkəndlisi İbadət Quliyev hadisə yerində ölüb. Sürücünün xəsarət almış qardaşı Yasin Quliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR