İranlı futbolçu azərbaycanlıları təhqir edib - FOTO

İranlı futbolçu azərbaycanlıları təhqir edib - <span style="color: red;">FOTO
# 26 yanvar 2013 14:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində yerli “Traktor” komandası ilə İsfahanın “Zob Ahən” futbol komandalarının oyunu keçirilib. APA-nın məlumatına görə, matç zamanı “Zoh Ahən” komandasının oyunçusu Möhsün Müsəlman qol vurduqdan sonra üzünü stadiondakı 40 min nəfərlik “Traktor” azarkeşlərinə tutaraq əl hərəkəti ilə onları təhqir edib. O, əllərini qulaqlarına apararaq, uzunqulağı təsvir edib.

Yanvarın 24-də keçirilən oyundan sonra “Zoh Ahən” komandasının məşqçisi M. Müsəlmanın bu hərəkətindən narahat olduğunu və oyunçunun 20 milyon tümən miqdarında cərimələndiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR