Azərbaycanda I rübdə vergi daxilolmalarının 55%-i qeyri-neft sektorunun payına düşüb

Azərbaycanda I rübdə vergi daxilolmalarının 55%-i qeyri-neft sektorunun payına düşüb
# 12 aprel 2013 12:24 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 523 423,3 min manat təşkil edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 36,1%-i mənfəət vergisi, 24,8%-i əlavə dəyər vergisi, 12,7%-i fiziki şəxslərin gəlir vergisi, 8,3%-i aksizlər, 18,1%-i isə digər vergilərin payına düşüb. Birinci rübdə vergi daxilolmalarının 839 183,9 min manatı və ya 55,1%-i qeyri-neft sektorunun payına düşüb.

Yanvar-mart aylarında respublika üzrə 20 885 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyulun 1-dən cari ilin aprelin 1-dək 69 090 nəfər fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. Bu ilin aprelin 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 500 081 olub. Cari ilin birinci rübü ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR