Lənkəranda iki naməlum şəxs dənizdə batıb

Lənkəranda iki naməlum şəxs dənizdə batıb
# 30 iyul 2012 19:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəfər Xəzər dənizində batıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 30-da axşam saatlarında şəhərin dəmiryol vağzalının yaxınlığında - dənizin nəzarət olunmayan ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin və dalğıclarının səyləri nəticəsində 13-14 və 17-18 yaşlarında iki oğlanın cəsədi dənizdən çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zona mərkəzinə gətirilib.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hər iki gəncin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR