Sumqayıtda mağazada partlayış baş verib

Sumqayıtda mağazada partlayış baş verib
# 13 fevral 2012 13:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Sumqayıt şəhərində mağazada partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan mağazada yanğınla nəticələnən partlayış baş verməsi nəticəsində mağazanın taxta konstruksiyalardan ibarət tavanı çöküb, ərzaq malları isə 2 kv.m sahədə yanıb. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR