Cəlilabad sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Cəlilabad sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 10 avqust 2012 12:38 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinin rəisi Rauf Ağayevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə avqustun 9-da günorta saatlarında rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Mahizər Mahmudova həyətlərində kərpic kəsərkən su motoru ilə ehtiyatsız davranıb və elektrik cərəyanının vurması nəticəsində hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR