Gürcüstanda dövlət çevrilişində ittiham olunan sabiq deputat həbs olunub

Gürcüstanda dövlət çevrilişində ittiham olunan sabiq deputat həbs olunub
# 20 fevral 2012 10:43 (UTC +04:00)
Bakı-APA. Gürcüstan parlamentinin sabiq deputatı, bir zamanlar mərhum iş adamı, prezidentliyə namizəd Badri Patarkatsişvilinin seçki qərargahına rəhbərlik etmiş Valeri Qelbaxiani Ermənistan-Gürcüstan sərhədini keçərkən həbs olunub. APA-nın məlumatına görə, Valeri Qlbaxianiyə qarşı 2008-ci il yanvarın 22-də dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülüb. O haqqında cinayət işi başlandıqdan sonra ölkəni tərk edib. Bu ilin əvvəllərində rəsmi Tiflisə məktubla müraciət edən Valeri Qelbaxiani xəstə anasına baş çəkmək üçün geri qayıtmaq istədiyini bildirib və hökumətdən təhlükəsizlik qarantiyası istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR