İraqın cənubunda kütləvi etiraz aksiyası keçirilib

İraqın cənubunda kütləvi etiraz aksiyası keçirilib
# 19 mart 2012 17:51 (UTC +04:00)
Bakı-APA. İraqın cənubunda yerləşən Bəsrə şəhərində sosial-iqtisadi tələblər ilə kütləvi etiraz aksiyası keçirilib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, nümayişə başçılıq edən şiə lideri Müktəda as-Sədrın tərəfdarları işsizliyin, korrupsiyanın yüksək səviyyədə olmasına, infrastrukturun acınacaqlı vəziyyətdə olmasına etirazlarını bildiriblər.
Aksiya başda ABŞ olmaqla koalisiya qüvvələrinin İraqda hərbi əməliyyata başlamasının 9-cu il dönümünə təsadüf edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR