Moskvada 25 nəfər etiraz aksiyası iştirakçıları həbs edilib

Moskvada 25 nəfər etiraz aksiyası iştirakçıları həbs edilib
# 31 iyul 2012 18:46 (UTC +04:00)
Bakı-APA. Moskvanın Triumf meydanında icazəsiz keçirilən etiraz aksiyasının 25 iştirakçısı həbs olunub.
APA-nın ITAR-TASS saytına istinadən verdiyi xəbərə görə, Rusiya paytaxtının polis idarəsindən bildiriblər ki, Moskva icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 25 nəfər saxlanılıb və polis şöbəsinə aparılıb.
Saxlanılanlar arasında “Druqaya Rossiya” partiyasının rəhbəri Eduard Limonov və “Sol çəbhə” hərəkatın sədri Konstantin Kosyakin var. Etirazçılar meydanda Rusiya hökuməti əleyhinə plakatlar qaldırıblar və şüarlar səsləndiriblər.
Polis aksiya iştirakçılarına xəbərdarlıq edəndən sonra piketin qarşısını alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR