Binəqədi və Xırdalanda iki gün su olmayacaq

Binəqədi və Xırdalanda iki gün su olmayacaq
# 23 iyul 2012 10:25 (UTC +04:00)
Bakı - APA-Economics. Paytaxtın Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılmasıdır.

Bununla əlaqədar olaraq 23-24 iyul tarixlərində Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR