Xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb
# 02 aprel 2012 07:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda 2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, xüsusi təyinatlı təhsil müəssisələrinə - Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Müdafiə Nazirliyinin ali hərbi məktəblərinə, Tibb Universitetinin ali hərbi tibb fakültəsinə, Orta Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirən test imtahanı verməlidir.

Ali hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidir.

Tibb Universitetinin hərbi tibb fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olunmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidir. Hərbi Tibb Məktəbinə feldşer ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi tibb fakültəsi rəisinin adına ərizə təqdim etməlidir.

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidir.

2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə martın 1-dən başlayan ərizə və sənədlərin qəbulu isə aprelin 10-dək aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR