Səfir Riçard Morninqstar: “İran Azərbaycanın təhlükəsizlik sahəsində əsas məsələlərdən biridir”

Səfir Riçard Morninqstar: “İran Azərbaycanın təhlükəsizlik sahəsində əsas məsələlərdən biridir”
# 10 sentyabr 2012 14:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “İran Azərbaycanın təhlükəsizlik sahəsində əsas məsələlərdən biridir”. APA-nın məlumatına görə, ABŞ səfiri Riçard Morninqstar jurnalistlərə verdiyi açıqlamada Azərbaycan prezidenti ilə görüşlərində İran məsələsinin müzakirə olunub-olunmadığına dair sualı belə cavablandırıb.

Riçard Morninqstar bəyan edib ki, Azərbaycanda keçirdiyi görüşlərdə İran məsələsi həmişə müzakirə olunub və olunacaq: “Biz bu məsələdə sıx əmıkdaşlığı davam etdirmək niyyətindəyik”.

Səfir amerikalı konqresmen D. Rorabaxerin “ABŞ İranda azərbaycanlıların milli azadlıq mücadiləsinə dəstək verməlidir” bəyanatını da şərh edib: “ABŞ İranın mövcud sərhədləri çərçivəsində ərazi bütpvlüyünə hörmətlə yanaşır. Konqresmen Rorabaxer mütəmadi olaraq müxtəlif ideyalarla çıxış edir, lakin bu fikirlər ABŞ-ın rəsmi mövqeyi deyildir”.

Qeyd edək ki, konqresmen D. Rorabaxer Şimali və Cənubi Azərbaycanın birləşməsinin zəruriliyini dilə gətirib və ötən ay bununla əlaqədar dövlət katibi Hillari Klintona rəsmi məktub göndərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR