Bakı sakininin pulu oğurlanıb

Bakı sakininin pulu oğurlanıb
# 06 iyul 2012 09:00 (UTC +04:00)
Bakı. Kamran Mahmudov - APA. Bakı sakininin evi qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 5-də saat 11:00 radələrində Qara Qarayev prospektində yaşayan Bakı şəhər sakini Elmira Mustafayevin mənzilindən 1300 manat, 100 avro və 760 ABŞ dolları pul oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini Daməd Salayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR