Azərbaycanda istifadə olunan şifer insan üçün təhlükəlidirmi? - FOTOSESSİYA

Azərbaycanda istifadə olunan şifer insan üçün təhlükəlidirmi? - <font color=red>FOTOSESSİYA</font>
# 04 may 2012 07:30 (UTC +04:00)
Çünki dam örtüyü təkcə onun altında yaşayanlara deyil, ətrafdakı hər kəsə təsir edə bilər. Tərkibindəki asbestin zərərli olması səbəbindən qadağalara məruz qalan bu tikinti materialından isə 100 ildən artıq bir vaxtdır ki, Azərbaycanda istifadə edilir.
«APA-Economics»in məlumatına görə, «Bakı Şifer və Keramika» ASC-nin sədri Nemət Hüseynov bununla bağlı deyib ki, Azərbaycana asbest Rusiyadan gətirilir və o, Avropada istehsalı dayandırılmış asbestdən fərqli tərkiblidir: «Şiferdən tamamilə imtina edən avropalıların qorxularına səbəb Avropada istehsal edilən amfibol asbestidir. Belə ki, XX əsrin 70-ci illərinədək Avropada şifer istehsalında istifadə olunan amfibol asbesti nəzarətsiz olaraq istifadə edilirdi. Bu asbestin yüksək konsentrasiyalı nazik, uzun, itiuclu lifləri turşuyadavamlı olub, tənəffüs orqanları vasitəsilə ağciyərlərə düşdükdə təhlükəyə çevrilirdi. Təhlükə, əsasən, asbest sahəsində çalışanları yaxalayırdı. Orqanizmdən təmizlənməyən amfibol lifləri xərçəng xəstəliyinə səbəb olurdu. Hər il on minlərlə adamın həlakına səbəb olan Avropa asbest şaxtaları çoxsaylı mütəxəssis rəyləri və çağırışlardan sonra ləğv edildi və bağlandı».
«Azərbaycanda istifadə olunan şifer isə xrizotil asbestindəndir. «Asbest» adı ilə birləşsələr də, xrizotil ilə amfibol tamamilə fərqli minerallardır. Xrizotil asbestinin yumşaq lifləri orqanizmin turşu tərkibi ilə parçalanaraq, təmizlənir», - deyə N.Hüseynov bildirib.
Xrizotil asbesti dünyanın 60-a yaxın ölkəsi, o cümlədən ABŞ, Kanada, Rusiya, Çin kimi nəhəng ölkələr əvəzsiz tikinti materialı kimi işlədir. Dünya əhalisinin 2/3-si bu asbestin istifadəçisidir. Hər bir iqlim şəraitində öz möhkəmliyini saxlayan, isti və soyuğu keçirməyən, kimyəvi reaksiyalara davamlı xrizotil asbesti 70 ilədək «ömür sürür». Sellüloza tərkibli dam örtüklərindən fərqli olaraq, bir neçə ildən sonra zərərli mamır bağlamır.
Mütəxəssislər xrizotil tərkibli asbestin insan orqanizmi üçün təhlükəli olduğunu müəyyən etməyiblər. Məsələn, cenevrəli professor, toksikoloq Devid Bernşteyn öz araşdırması ilə sübut edib ki, xrizotil lifləri orqanizmdən tez təmizlənir. Avropada xrizotilin əvəzləyicisi kimi həm süni lifli materiallardan (PVA, şüşə lifli, keramik lifli), həm də təbii lifli materiallardan (sellüloza və bazalt lifləri) istifadə edilir. D.Bernşteyn bu materialların insan orqanizmi üçün daha təhlükəli ola biləcəyini qeyd edir. Məsələn, əgər xrizotil lifləri orqanizmdən 14 gün ərzində təmizlənirsə, keramika lifləri 60 günə, aramid lifləri 90 günə, sellüloza lifləri isə 1 000 günə təmizlənir: «Bu, asbest əvəzləyicilərinin tamamilə təhlükəsiz olduğunu deməyə əsas vermir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR