Yaponiyada rekord ticarət kəsiri qeydə alınıb

Yaponiyada rekord ticarət kəsiri qeydə alınıb
# 19 aprel 2012 07:53 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyada 2011-ci maliyyə ilində rekord ticarət kəsiri qeydə alınıb - 4,41 trln. yen (54,2 mlrd. dollar). “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə Yaponiya Maliyyə Nazirliyi açıqlama yayıb.

Mart ayında başa çatan maliyyə ilində Yaponiyadan elektronika ixracı 14,7%, avtomobil ixracı 5,4% azalıb. Ölkəyə xam neft (+21,9%) və maye qaz idxalı (+52,2%) isə artıb.

Qeyd edək ki, son 30 ildə ilk dəfə olaraq Yaponiyada ticarət kəsiri 2011-ci maliyyə ilində qeydə alınıb. Buna səbəb ötən il martın 11-də ölkədə baş verən dağıdıcı zəlzələ və sunami olub. Təbii fəlakət Yaponiya iqtisadiyyatına ağır zərbə vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR