Azərbaycan prezidenti Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentini qəbul edib
# 07 noyabr 2012 13:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesi qəbul edib. APA-nın məlumatına görə, xanım Neelie Kroes ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, VII İnternet İdarəçilik Forumunun Bakıda yüksək səviyyədə təşkil olunmasına görə dövlət başçısına minnətdarlığını bildirib. Xanım Neelie Kroes elektron kütləvi informasiya vasitələrinin, azad internetin inkişafının və elektron hökumət layihəsinin böyük önəm daşıdığını vurğulayıb.

Dövlət başçısı Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesin Forumda iştirakının əhəmiyyətini qeyd edib. Forumu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektorunda görülən işlərin nəticəsi kimi dəyərləndirən prezident İlham Əliyev internetin və elektron kütləvi informasiya vasitələrinin Azərbaycanda bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Dövlət başçısı ölkəmizdə genişzolaqlı internet xidmətinin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR