Qusarda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə FHN-nin helikopteri cəlb olunub

Qusarda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə FHN-nin helikopteri cəlb olunub
# 08 aprel 2012 13:08 (UTC +04:00)
Bakı-APA. Bu gün Qusarın Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə kol-kos yanması müşahidə olunur. APA-nın FHN-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR