Ailəsi ilə görüş üçün evə buraxılan məhkum Sumqayıtda oğurluq edərkən həbs olunub

Ailəsi ilə görüş üçün evə buraxılan məhkum Sumqayıtda oğurluq edərkən həbs olunub
# 09 avqust 2012 08:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda məhkum cinayət başında yaxalanıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, 2010-cu ildə oğurluq üstündə həbs edilərək məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilən, 1991-ci il təvəllüdlü Baqiri Siruz Mövsüm oğlu ötən gecə Sumqayıtda mağazadan oğurluq edərkən polis əməkdaşları tərəfindən cinayət başında tutulub.

Polisdən həmçinin bildirilib ki, Baqiri Siruz Mövsüm oğlu hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılır. O, ailəsi ilə görüşmək üçün evə buraxılıbmış.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR