BMT baş katibi Suriya hakimiyyətindən hərbi əməliyyatları dayandırmağı tələb edib

BMT baş katibi Suriya hakimiyyətindən hərbi əməliyyatları dayandırmağı tələb edib
# 07 aprel 2012 04:48 (UTC +04:00)
Bakı-APA. Suriya hakimiyyəti dərhal öz xalqına qarşı hərbi əməliyyatlara son qoymalıdır. BMT baş katibi Pan Gi Mun belə bir bəyanatla çıxış edib.

Yaydığı bəyanatda baş katibi Suriyada zorakılığın artmasını qətiyyətlə pisləyib.

Pan Gi Mun Suriya hökumətinin yaşayış məntəqələrində ağır silahlardan istifadə etməmək barədə öhdəlik götürməsinə baxmayaraq günahsız dinc sakinlər, o cümlədən qadınlar və uşaqlara qarşı etdiyi hücumdan təəssüfləndiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR