Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olublar - FOTO

Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olublar - <font color=red>FOTO</font>
# 18 may 2012 09:36 (UTC +04:00)
Bakı – APA. Yaponiya səfirliyinin İqtisadi əlaqələr və iqtisadi əməkdaşlıq sektorunun direktoru Hideko Ono və səfirliyin layihələr üzrə koordinatoru Fumia Sugiyama Tərtər rayonunda olublar. Onlar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Yaponiya hökumətinin dəstəyi ilə regionda həyata keçirdiyi “Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi” layihəsinin monitorinqini aparıblar. BAMF-ın sədri və sözügedən layihənin rəhbəri Umud Rəhimoğlu qonaqlara layihənin icrası barədə ətraflı məlumat verib.
Fonddan APA-ya bildirilib ki, qonaqlar layihənin icra planına uyğun olaraq kənd təsərrüfatı texnikasının saxlanması üçün inşa edilən qaraja, çəkilmiş irriqasiya kanalına baxıblar, eyni zamanda artezian quyusunun qazılma prosesini müşahidə ediblər.
Xanım H.Ono və F.Sugiyama layihənin icrası ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Sonra ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Tərtər Regional Peşə və Təlim Mərkəzinə baş çəkən səfirlik əməkdaşları bütövlükdə fondun fəaliyyətini cəmiyyət üçün çox əhəmiyyətli bir töhfə olduğunu deyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR