BAXCP Ali Məclisinin sessiyası çağırılıb

BAXCP Ali Məclisinin sessiyası çağırılıb
# 27 mart 2012 10:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İdarə Heyətinin müzakirəsinə çıxarılan məsələlərdən biri 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı olub. Qərara alınıb ki, bu məqsədlə martın 31-də BAXCP-nin mərkəzi mənzil-qərargahında konfrans keçirilsin. Konfransda BAXCP Ali Məclisinin sədri, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım faktları ilə bağlı bir neçə kitabın və elmi işin müəllifi, fəlsəfə doktoru Vaqif Abışov məruzə edəcək.

İdarə Heyətinin qərarına əsasən BAXCP Ali Məclisinin növbəti sessiyası aprelin 14-də partiyanın mərkəzi mənzil-qərargahında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR