“Naxçıvan Duzdağının qədim duz mədənləri” adlı kitab nəşr olunub

“Naxçıvan Duzdağının qədim duz mədənləri” adlı kitab nəşr olunub
# 23 iyul 2012 09:44 (UTC +04:00)
Bakı. Leyla Hacıyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsi tərəfindən “Naxçıvan Duzdağının qədim duz mədənləri” adlı kitab nəşr olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nахçıvаn Muxtar Respublikası Аli Məclisi sədrinin imzаlаdığı “Nахçıvаn: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq simpoziumun keçirilməsi hаqqındа sərəncamın icrası ilə bağlı nəşr olunan kitabda Naxçıvan MR ərazisində olan Duzdağ mədəninin qədimliyi, bu mədənlərdən e.ə. V minillikdən başlayaraq duz çıxarıldığı, mədənçiliyin inkişaf etdirildiyi ətraflı işıqlandırılıb. Kitabda bu ərazinin qədimliyi çoxsaylı keramika və daş alətləri ilə sübut olunur.

Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda dərc olunan məqalələr ilə yanaşı qədim Duzdağ mədəninin və oradan aşkar olunan arxeoloji materialların, daş çəkiclərin fotoşəkilləri də əks olunub.

Kitabın elmi redaktoru akademik İsmayıl Haciyev, məsləhətçisi akademik İsa Həbibbəyli, müəllifləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, АMЕА Nахçıvаn Bölməsinin Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Nizami Alıyev, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları Caterina Maroo, Severine Sanzın, Caroline Hamon və Philippe Dessaıntdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR