Qobustanda qanvermə aksiyası keçirilib

Qobustanda qanvermə aksiyası keçirilib
# 27 iyul 2012 15:53 (UTC +04:00)
Qobustan. Zahid Abışov-APA. Bu gün Qobustan rayonunda qanvermə aksiyası keçirilib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə keçirilən “qan ver və yaşat” aksiyası Qobustan rayon mərkəzi xəstəxanasında baş tutub. Xəstəxananın baş həkimi Elşən Rəcəbov aksiyanın Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirildiyini və gün ərzində 150 nəfərdən çox rayon sakinin könüllü iştirak etdiyini deyib. Qanvermə aksiyasında iştirak edən insanların bəzilərinin qanında xəstəlik daşıyan mikroblar aşkar edildiyindən onlardan qan götürülməsi mümkün olmayıb . Qanvermə aksiyasında rayon sakinləri ilə bərabər Qobustan rayon mərkəzi xəstəxanasının kollektivi də fəal iştirak edib. Qan götürülən insanlara göstərilən xüsusi diqqət sayəsində onların səhhətində hər hansı neqativ hal müşahidə olunmayıb. Tədarük olunan qan və qandan hazırlanmış preparatlar talassemiya və hemofiliyalı xəstəliyindən əziyyət çəkən insanlar üçün qan banklarına təhvil veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR