Suriyadakı böhranın həlli məqsədilə beynəlxalq konfrans keçiriləcək

Suriyadakı böhranın həlli məqsədilə beynəlxalq konfrans keçiriləcək
# 07 avqust 2012 14:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Avqustun 9-da İranda Suriyadakı böhranın həlli məqsədilə beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan bildirib. Onun sözlərinə görə, tədbirə Suriya məsələsinin həqiqətən həllini istəyən ölkələr dəvət ediləcək: “Konfransın məqsədi böhrandan çıxış yolu tapmaq, Suriyadakı vəziyyəti sabitləşdirmək, hər cür regional və beynəlxalq cəhdi dəstəkləməkdir”. Ancaq H. Abdullahiyan tədbirə hansı ölkələrin dəvət ediləcəyini və digər detallar barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, İran Suriya iqtidarı ilə müxalifəti arasında görüşün təşkilinə vasitəçiliyini dəfələrlə təklif edib. Ancaq Suriya müxalifəti İranın istəyini rədd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR