«Paşa Sığorta» nizamnamə kapitalını artırır

«Paşa Sığorta» nizamnamə kapitalını artırır
# 16 mart 2012 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 875 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 35 mln. manat təşkil edir. Emissiya «Paşa Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 750 manat olan 40 min ədəd və 30 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 16,7% artaraq 35 mln. manata çatacaq.

Qeyd edək ki, «Paşa Holding»ə daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 30 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR