Azərbaycan ərazisində yağmursuz hava gözlənilir, cənub küləyi arabir güclənəcək

Azərbaycan ərazisində yağmursuz hava gözlənilir, cənub küləyi arabir güclənəcək
# 04 sentyabr 2012 09:53 (UTC +04:00)
Cənub, cənub-qərb küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Sentyabrın 05-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günorta saatlarında cənub küləyi arabir güclənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR